Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var

Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində yanğın olub.

Hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Məlumata görə, Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib.

Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Geri qayıt