Mingəçevirdə məktəb direktorunun evini yardılar

Mingəçevirdə məktəb direktorunun evini yardılar Mingəçevir şəhərində məktəb direktorunun evindən oğurluq olub.

Hadisə bu gün səhər saatlarında şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, naməlum şəxslər Mingəçevir şəhər 10 saylı orta məktəbin direktoru Xumarə Mirzəmməd qızı Mikayılovanın həmin massivdəki evinə giriblər. Onlar evdən kompüter, müxtəlif məişət avadanlığı və qiymətli əşyalar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt