Xırdalanda atışma: Ölənlər var – YENİLƏNİB

Xırdalanda atışma: Ölənlər var – YENİLƏNİB Abşeron rayonu Xırdalan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.

Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.

İlkin məlumata görə, hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

00:34

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib.

Cavab atəşi zamanı hər iki şəxs zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt