Azərbaycanda film kimi cinayət: - oyuncaq tapança ilə...

Azərbaycanda film kimi cinayət: - oyuncaq tapança ilə... Bakıda lombarda basqın olub. Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, Nəsimi rayonu ərazisindəki lombarda gələn Abşeron rayon sakini Kamran Allahverdiyev tapança ilə orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub. Onun quldurluq əməlini oyuncaq tapança ilə həyata keçirdiyi məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt