Tovuzda yol qəzası - Biri polis olmaqla 2 nəfər yaralandı

Tovuzda yol qəzası - Biri polis olmaqla 2 nəfər yaralandı Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində rayon sakini Azər Dostiyev və 1990-cı il təvəllüdlü Əli Tağıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

A. Dostiyevin rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Geri qayıt