Qəzaya düşdülər, arvadı öldü

Qəzaya düşdülər, arvadı öldü Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz məlumata görə, hadisə sentyabrın 24-də saat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini Novruz Qasımov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yol kənarındakı yolayırıcısına vurub.

Nəticədə N.Qasımovun sərnişini - arvadı Şəfiqə hadisə yerində ölüb.
Geri qayıt