Gədəbəydə oğul atasıyla anasını öldürüb

Gədəbəydə oğul atasıyla anasını öldürüb Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.

DİN-in saytına istinadən xəbər veririk ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.
Geri qayıt