80 yaşlı kişi özünü yandıraraq öldürüb - Qazaxda

80 yaşlı kişi özünü yandıraraq öldürüb - Qazaxda Qazax rayonunda 80 yaşlı kişi özünü yandıraraq öldürüb.
Hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.
Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Geri qayıt