56 yaşlı kişi bıçaqlandı - Şirvanda

56 yaşlı kişi bıçaqlandı - Şirvanda Şirvan sakini bıçaqlanıb.

Şəhər sakini 1961-cı il təvəllüdlü Zeynalov Nizami Yusif oğlu çoxsaylı bıçaq yaraları ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt