Təşkilat sədrinin evinə oğru girdi, xanımı...

Təşkilat sədrinin evinə oğru girdi, xanımı... Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Lənkəran şəhər təşkilatının sədri Azad Şəfiyevin evinə oğru girib.

Hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib.

Evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Qadının vəziyyəti ağırlaşıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Səs-küy yarandığını görən naməlum şəxs heçnə oğurlaya bilmədən qaçıb.

Faktla bağlı araşdırmalara başalanılıb.
Geri qayıt