Tovuzda polislər qəzaya düşdü

Tovuzda polislər qəzaya düşdü Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Hadisə avtomobilin sürətlə hərəkətdə olarkən işıq dirəyinə çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt