Müəllim olmaq üçün Bakıya gələn qız yoxa çıxıb

Müəllim olmaq üçün Bakıya gələn qız yoxa çıxıb Lənkəran sakini Bakıda itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
Geri qayıt