Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavinin oğlu qəza törətdi

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavinin oğlu qəza törətdi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.
Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
İ. Həsənov ağır qəza törətməsinə baxmayaraq ciddi xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.
Geri qayıt