Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu

Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub. Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

avision.az
Geri qayıt