Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var

Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.

Hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.(Report)

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt