Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.