Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlanıb
Bakı və ölkənin ayrı-ayrı rayonlarında aprelin 18-də dörd avtomat silahı, altı tüfəng və 153 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.
