Bakıda ağır qəza: Ölən var

Bakıda ağır qəza: Ölən var Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, Bakının Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:15-də başa çatıb.
Geri qayıt