Abşeronda baba və nəvəni maşın vurub, azyaşlı ölüb

Abşeronda baba və nəvəni maşın vurub, azyaşlı ölüb Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in saytına istinadən xəbər veririk ki, hadisə avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt