Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb

Polis qadına qarşı quldurluq edən şəxsi saxlayıb Yanvarın 27-də paytaxtın Nərimanov rayonu ərazisində nəqliyyat vasitəsində qadına qarşı naməlim şəxsin quldurluq əməli törədilməsi ilə bağlı polisə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə cinayət əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Elçin Hüseynov saxlanılıb. 

Faktla bağlı Nərimanov RPİ-nin 17-ci PŞ-də araşdırma aparılır.
Geri qayıt