Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi “VAZ 21074 minik” markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı minik maşını toqquşub.

Nəticədə “VAZ 21074"ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli , “Toyota Prius minik” markalı avtomobilin sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Kamilov Mirzə Mirvahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Geri qayıt