Tovuzda gənc qadın əri tərəfindən vəhşicəsinə döyülüb

Tovuzda gənc qadın əri tərəfindən vəhşicəsinə döyülüb Tovuz rayonunun Eyyublu kəndində qadın əri tərəfindən döyülüb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Zülfiyə Allahverən qızı Əhmədovaya həyat yoldaşı ağır xəsarətlər yetirib. Nəticədə onun burnu sınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Geri qayıt