43 yaşlı ərəb turist soyuldu - Bakıda

43 yaşlı ərəb turist soyuldu - Bakıda Bakıda ərəb turist soyğunçuluğa məruz qalıb.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxslər 43 yaşlı Abdulla Əl Nasrinin çantasını əlindən alaraq qaçıblar.

Çantanın içərisində 70 manat pul, bankomat kartları və sənədlər olub.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Geri qayıt