Lənkəranda azyaşlının əli ətçəkən maşında qaldı

Lənkəranda azyaşlının əli ətçəkən maşında qaldı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.
Geri qayıt