Masallıda da ferma yandı

Masallıda da ferma yandı Masallı rayonu, Şərəfə kəndində vətəndaşa məxsus fermada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fermanın ərazisində ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyadan ibarət talvarın 10 kv.m sahədə taxta atmaları və talvarın altına yığılmış 24 ton ot bağlamasının 11 tonu, digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.​
Geri qayıt