Kəlbəcərdə yük maşını aşdı - Sürücü öldü
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Unikal"ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Sabirabad rayon sakini Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili aşıb.
Hadisə nəticəsində B.Ağayev həyatını itirib.
