"Prius"la toqquşan yük maşını aşdı - Xəsarət alanlar var

"Prius"la toqquşan yük maşını aşdı - Xəsarət alanlar var  Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib. ("Report")
Geri qayıt