Bakıda çimərlikdə hadisə

Hadisə

Bakıda çimərlikdə ölüm hadisəsi baş verib. Türkan qəsəbəsindəki çimərlikdə 1978-ci il təvəllüdlü Arif Dadaşovun halı qəfil pisləşib.

Təcili tibbi yardım briqadası yetişincə o keçinib.

İlkin məlumata görə, A.Dadaşov ürək tutmasından vəfat edib.

Araşdırma aparılır.