Nazirlik qızılca ilə bağlı növbətə dəfə valideynlərə çağırış edib

Hadisə / Sağlamlıq

"Azərbaycanda qəbul olunmuş Milli təqvim planında 11 infeksiyanın peyvəndlərlə idarə olunması məsələsi var. Qızılca da həmin infeksiyalardan biridir".

Bunu bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O, peyvəndlərin ölüm ehtimalını böyük miqyasda azaltdığını söyləyib:

"Qızılca peyvəndi olmayan dövrlərdə dünya üzrə 1 ildə 2 milyon şəxs ölüb.
Ən aşağı ölüm halı isə 2016-cı ildə 100 min olub. Bu da ölüm hallarının 84-85% azalması deməkdir. Yəni peyvənd kifayət qədər effektivdir".

T.Eyvazov valideynlərə vaksinasiya ilə bağlı çağırış da edib:

"Valideynlər, uşaqlarınızı qoruyun. 11 infeksiyon xəstəlikdən, o cümlədən qızılcadan qorunmağın yolu peyvənd olunmaqdır".