Şəbnəm Əsədova DƏHŞƏTLİ QƏZA keçirdi
- 17-07-2017, 10:47
- 145 599
Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.
Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.
Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.
Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.
big.az