Sumqayıtda 2 nəfəri qətlə yetirib 4 nəfərə xəsarət yetirən şəxsi polis tutub
- 30-10-2023, 08:28
- 364
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb. Onlar qonşu olublar.
Xatırladaq ki, silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.
Daha sonra isə Suzannanın həyat yoldaşı Serkan Karakaşı və anası Tərlan Fərəcovanı da vurub.
Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.
E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.