Qubada mikroavtobusla minik avtomobili toqquşdu - 7 nəfər yaralandı

Hadisə

 Qubada mikroavtobusla minik avtomobili toqquşub.
Hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
"VAZ 2106" markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.