Sumqayıtda maşın qatarla toqquşdu
- 16-10-2023, 16:38
- 582
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.