Şəhid gizirin bacısı qızı kanalda boğuldu

Hadisə

2021-ci ildə sərhəd pozucularının açdığı atəş nəticəsində həlak olan kiçik gizir Alimov Fərid Elçin oğlunun bacısı qızı dünyasını dəyişib.

4 yaşlı Xədicə oktyabrın 13-ü su kanalına düşərək boğulub. Uşaq ailəsi ilə yaşadığı Şabran rayonunda dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri şəhid Fərid Alimov əslən Quba rayonundandır.