Mina qurbanlarının sayı 333 nəfərə çatıb - XİN
- 13-10-2023, 16:00
- 1 138
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə "X" hesabında yaydığı paylaşımda qeyd olunub.
"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.