1 yaşlı uşaq yük maşınının altında qaldı
- 13-10-2023, 09:16
- 459
Xalqxeber.org xəbər verir ki, Qağacılı kənd sakini İskəndərov Sahib Sabir oğlu rayonun Yenikənd kəndində idarə etdiyi “Qaz 53” markalı yük maşınını arxaya hərəkət etdirərkən 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunu vurub.
Nəticədə 1 yaşlı uşaq hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.