Tərtərdə daha bir nəfər minaya düşdü - YENİLƏNİB
- 6-10-2023, 21:58
- 746
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
*** 21:22
Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.