Yevlaxda sürücü maşını aşırdı - Sərnişin öldü
- 6-10-2023, 10:02
- 533
"Unikal"ın məlumatına görə, hadisə Qoyunbinəsi-Malbinəsi kəndləri istiqamətində baş verib. Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Hüseynov Rafiq Məhəmməd oğlu idarə etdiyi “Tofas” markalı avtomobili idarəetməni itirərək aşırıb. Nəticədə sərnişin Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Abbasov Eyvaz Buruc oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.