Qusarda azyaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır
- 24-09-2023, 14:30
- 691
Xalqxeber.az "Report"a istinadən xəbər verir ki, yolu keçən 2011-ci il təvəllüdlü Məmmədli Əli Zahid oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.