Bakıda qonşular arasında dava - Ana oğlu ilə döyüldü
- 8-07-2017, 09:47
- 117 440
Hadisə Xətai rayonu, Naxımov küçəsi, Dənizçi 2 ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Minarə Adışirin qızı və 1982-ci il təvəllüdlü oğlu Quliyev Sehran Tehran oğlu qonşuluqda yaşayan 4 nəfərlə hazırda məlum olmayan səbəbdən mübahisə edib. Nəticədə ana və oğlu döyülərək xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Əraziyə Xətayi Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları cəlb edilib. Dava iştirakçıları bölməyə aparılıb.