Cəlilabadda 3 otaqlı ev YANDI 17-09-2023, 12:00 426 Hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.