XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Əsgərliyi bitirib evə gələnlər dəhşətli qəzaya düşdülər

Əsgərliyi bitirib evə gələnlər dəhşətli qəzaya düşdülər

Əsgərliyi bitirib evə gələnlər dəhşətli qəzaya düşdülər
6-07-2017, 10:54

Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, 1995-ci il təvəllüdlü Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

03:00

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.