İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlandı
- 27-07-2023, 14:02
- 552
Ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, A.Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.