İtkin düşən turistlərin şəxsiyyəti müəyyən edildi - YENİLƏNİB
- 24-07-2023, 20:27
- 488
Onlar Bakı şəhər sakinləri Əli Aydın oğlu Əlizadə və Əbdül Rzayevdir.
Yüksək dağlıq və relyefi çətin ərazidə onların yeri müəyyən olunub, təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir.
***16:41
Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
17:21
İki yerli turist dağlarda itkin düşüb.
Ötən gün iki nəfər şəxsiyyətləri məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüblər.
Onların itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat veril