İnsan alveri ilə məşğul olan 26 yaşlı qız yaxalandı - Azərbaycanda

Hadisə

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. İdarəyə istinadən xəbər veririk ki, dünən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Nəzərəliyeva Ləman Şirzad qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasının Ərzincan şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.