“Toyota” “KAMAZ”a çırpıldı

Hadisə

Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış “KAMAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

FHN-ə istinadən xəbər veririk ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.