Avtobuslarda ödənişlə bağlı - Yenilik
- 20-06-2023, 11:25
- 558
Yeni mobil tətbiq vasitəsilə sərnişinlərin QR bilet alması, bütün bank kartları vasitəsilə “BakıKart” hesabını artırması mümkün olacaq.
Hazırda pilot mərhələsində olan mobil tətbiq iyulun 1-dən tam qüvvəsi ilə sərnişilərin xidmətində olacaq.
AYNA-nın departament rəhbəri Sübhan Əbilov bildirib ki, sərnişinlərin aldığı QR bilet 5 dəqiqə ərzində keçərli olacaq: "Əgər sərnişin aldığı bileti 5 dəqiqə ərzində istifadə etməsə, onun biletə görə etdiyi ödəniş hesabına geri qayıdacaq. Sərnişinlər eyni zamanda mobil tətbiq vasitəsilə bir neçə bilet də ala bilərlər".