Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar
- 8-06-2023, 09:41
- 393
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.
Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.