Bakıda saxta əskinas satan ata və oğul saxlanılıb
- 1-07-2017, 17:01
- 85 172
Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk ki, Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlar 34-cü Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.