“Azəravtoyol” ASC-nin əməkdaşı asfaltçəkən texnikanın altında qalaraq ölüb
- 1-07-2017, 12:27
- 87 113
Hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.